Xaricdə təhsil | Hansı hallarda diplom tanınmır? - Video



 09:45 26.03.2024     469

Diplomların tanınması prosesində nələrə diqqət etməli?

Diplomunuzun tanınma müddəti minumum 6 ay və maksimum 2 il ərzində həyata keçirilir. Bu prosedur uzun müddətli həyata keçirildiyindən dolayı tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Əgər siz xaricdə qiyabi təhsil almısınızsa xüsusilədə Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlisiniz ki, hər 2 smestr yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz 30 günü keçməsin. Bu prosedur zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gəlir. Məsələn, “Sənədlərinizin Ali təhsil müəssisəsinə göndərildi..” , “Ali təhsil müəssisəsindən sənədlərinizə cavab gəldi..” və s. bu kimi mesajlar alacaqsınız. Təhsil aldığınız ali təhsil müəssisəsinin Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə aid edilir. Sizin diplomunuzun tanınması proseduruna təqdim etdiyiniz sənədlər universitetə göndərildikdə Agentlik araşdırma edib ona uyğun olaraq mübət və ya mənfi cavab verir. Buna əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin Agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa Agentlik sizin diplomunzu tanımayacaqdır.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az