VACİB! Orucunuzu açmadan mütləq baxın - Bu gün iftarda -
Ramazan ayında oruc tutarkən uzunmüddətli aclıq səbəbiylə metabolizma yavaşlayır və orqanizm artıq çəki yığmağa meyilli olur.
Bu dönəmdə az-az və tez-tez yeməklə həm həzm sistemi çox yüklənməyəcək, həm də çəkiyə nəzarət itirilməyəcək. Buna görə də Ramazan ayında nəylə və necə qidalanmağa diqqət etmək vacibdir. İftardan imsaka qədər olan zaman kəsiyində orqanizminizi yenidən canlandırmaq, yağ yandırma prosesini hərəkətə keçirmək üçün Ramazanda metabolizmanı sürətləndirmək haqqında məlumatlı olmalısınız. “Ramazanda metabolizmanı necə sürətləndirmək olar?”-sualının cavabını iki hissəyə böldüm. Beləliklə, birinci açar nöqtəsi: İmsakda nə yeməliyik? Orucu daha sağlam formada və can rahatlığı ilə tutmaq üçün mütləq zamanında oyanmalı, imsak süfrəsinə əyləşməlisiniz. Süfrənizdə protein, lif, yağ, karbohidrat tərkibli qidalar olmalıdır. Duz və yağ miqdarını əvvəlki vaxta nisbətən azaltsanız, daha yaxşı olar. İmsakda yemək üçün zeytun yağı ilə bişən tərəvəz yeməklərini seçsəniz, həzm sisteminizi çox yükləməzsiniz. Əgər ətalət vəziyyətində olan bir metabolizma ilə Ramazanı bitirsəniz, bayram günlərində tərəziyə çıxdığınızda yüksələn rəqəmləri görəcəksiniz. Buna görə də, mütləq, imsakda yediklərinizi sistemləşdirməlisiniz. Məsələn, aşağıdakı siyahını özünüzçün yazıb götürə bilərsiniz. -Yumurta. Millət olaraq, imsakda favorit yeməklərimizdən biri yumurtadır. Bu da səbəbsiz deyil. Yumurta, ana südündən sonra protein keyfiyyəti ən yüksək olan qidadır. Məhz bu protein də bizi gün boyunca tox tutmağa kömək edir. Eyni zamanda, yumurta metabolizmanı sürətləndirir. -Çörək. İmsak süfrəsi üçün tam buğda unundan bişmiş çörək seçilməlidir. Buğda unundan hazırlanan çörək tərkibindəki lif sayəsində bizi uzun zaman tox tutur. Həm də bağırsaqlarda hərəkətliliyə səbəb olur. -Süd və süd məhsulları. Süd məhsullarının tərkibindəki protein də tox hiss etməyimizə kömək edir. Ayrıca, el dilində desək, ağartılar kalsiumla zəngindir. Kalsium isə orqanizmdə yağ yandırmağa ən çox kömək edən maddələrdəndir.
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az