30 gün oruc tutanda bu xəstəliklər yoxa çıxır! - Video
Ramazanda 30 gün boyunca orqanizmdə nə baş verir? Bəs, oruc tutmağın faydaları nələrdir?
1. Mədə-bağırsağa yaxşı təsir edir. İmsak və iftarda ölçünü qaçırmadan yemək yeyilərsə, mədə və bağırsaqlar özlərini nizamlamaq fürsəti tapır. Nizamlı mədə turşusu sayəsində də həzm sistemi rahat işləyir. Qeyd etdiyim kimi, əsas vacib məqam imsak və iftarda ölçülü yemək... 2. Yaddaşı gücləndirir. Oruc tutarkən uzaqlaşdığımız fiziki istəklər beynimizin daha yaxşı işləməsini təmin edir. Lazımsız işlərlə məşğul olan orqanizm anlamağa və öyrənməyə meyillənir. Beləcə, yaddaşımız güclənir. Ölçülü yemək beynimizi açır, şəxsi inkişafımızı təmin edir. Ramazan ayında oruc tutmaq həm fiziki, həm də zehni sağlamlığımıza faydalıdır. Oruc gün ərzində mülayim davranmağı, ətrafımızdakılara qarşı anlayışlı olmağı öyrədir. Həzmə çox vaxt itirməyən orqanizmimiz düşüncəmizə, yaddaşımıza fokuslanır. 3. Qocalmanı ləngidir. Oruc tutan insanın qanında lipid və xolesterol səviyyəsi azalır. Damarlar özünü təmir edir. Oruc sayəsində damarlar təmizlənir, qan dövranı sürətlənir. Yəni, oruc tutmaq hüceyrələrin yenilənməsini təmin etdiyi üçün bədənimizə və zehnimizə sağlamlıq bəxş edir. Təbii ki, bu da qocalmanın ləngiməsi deməkdir. 4. Xərçənglə mübarizə aparır. Orqanizmin hansısa bir nahiyəsində bir qrup anarxist hüceyrə üsyan edir və xərçəngin təməli qoyulur. Orqanizm mütəmadi olaraq, metabolizma ilə məşğuldursa, hər bir nahiyəni eyni anda nəzarətdə saxlaya bilmir. Oruc tutulan zaman isə, orqanizm özünü təftiş etməyə vaxt tapır. Və pis davranışlara müdaxilə edir. Nəticədə, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısı alınır.
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az