Oruc tutanlar, hər gün iftarda bundan bir çay qaşığı içsəniz... Video



 10:03 26.03.2024     434

İndi isə “Quran”da 6 dəfə adı çəkilən zeytundan, zeytun yağının iftar süfrəsindəki yerindən danışacağam.

“Quran”da zeytunun bitməsi Allahın nişanəsi hesab edilir, zeytun ağacı mübarək adlandırılır, ona and içilir. “Quran”da yazılıb: “Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir”. (Muminun 20) Tarix boyunca insanların sevərək istifadə etdiyi zeytun və zeytun yağı günümüzdə də süfrələrdən əksik olmur. Dünya alimləri, xüsusilə, səhər yeməklərində zeytun yağından istifadə etməyin daha faydalı olacağı qənaətindədirlər. Elmi araşdırmalar dəfələrlə sübut edib ki, acqarına zeytun yağı içmək kökəlmənin qarşısını alır. Başqa bitki yağlarından fərqli olaraq, hər gün 1 çay qaşığı həcmində acqarına içilən zeytun yağı bədəndə artıq yağ kimi depolanmır. Məhz buna görə də Ramazan ayı boyunca kökəlməmək və sağlam qidalanmaq üçün istər imsakda, istərsə də iftarda yeməklərinizi zeytun yağı ilə hazırlasanız, daha yaxşı olar. Əgər “Zeytun yağı ilə nə bişirə bilərəm?” sualı ilə qarşı-qarşıyasınızsa, buna da videomuzda cavab tapacaqsınız. “Aş kərə yağıyla yaxşıdır”-bu, minilliklərdir süfrə mədəniyyətimizin bir parçasına çevrilib. Gəlin etiraf edək ki, eradan əvvəlki ulularımız kimi aktiv həyat tərzi yaşaya bilmirik, ən azından, bir ildən artıqdır pandemiya səbəbilə çoxumuz həyatın sürətini azaltmağa məcbur olmuşuq. Kərə yağlı aş artıq kalori, orqanizmdə depolanan əlavə yağlar deməkdir. Odur ki, bu günlərdə kərə yağını təmiz zeytun yağı ilə əvəz eləsəniz, daha yaxşı olar.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az