Xəstəlik yaradan bu qidalardır - Video



 10:12 26.03.2024     445

Uşaqkən əlimizə pul keçən kimi tez dükana qaçardıq. Sarı, qırmızı, qara rəngli şirin, qazlı içkilər alar, tələsə-tələsə içərdik. Gəncliyimizdə də menyumuzdan əksik olmadılar. Axırda nə oldu? Bəli, orqanizmimiz məhv oldu.Sizcə bu içkilərdə nə qədər şəkər var?

Araşdırmalara görə, 500 ml içkidə 10 çay qaşığı qədər şəkər ola bilər. Üstəlik, bu şəkərlərin mənbəyi şəkər qamışı deyil. Bəs nədir? Biz nə içirik? Bu videomuzda sizə çox maraqlı bir araşdırma təqdim edəcəm. Diqqətiniz məndə olsun! Dövrümüzdə xüsusilə gənclərin və uşaqların əlindən düşməyən bu məhsulların istehsalında “qarğıdalı siropu” adlanan yüksək fruktozalı şəkər istifadə olunur. Qarğıdalı siropu ilə şəkər qamışı arasında fərq nədir?! Gəlin buna baxaq. Qarğıdalı siropunda fruktoza molekulları daha sərbəstdirlər. Şəkər qamışının keçdiyi etaplardan keçmək məcburiyyətində deyillər. Məhz bu xüsusiyyətinə görə, daha sürətlə mənimsənilir. Ən çox da qaraciyərdə anidən meydana çıxan problemlərə səbəb olur. Bəli, qaraciyər məcburdur ki, fruktozanın öhdəsindən gəlsin. Fruktoza alkoqol kimi hərəkət edir. Yəni bədən ondan enerji sərfiyatında istifadə etmir, birbaşa yağa çevrilir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az