“Crocus”a hücum edənlərin ikisi Türkiyənin bu bölgəsində olub



 09:47 27.03.2024     279

“Crocus City Hall” hücumunu törətməkdə təqsirləndirilən iki şəxs İstanbulun Fatih və ya Şişlinin mərkəzi rayonlarında yerləşən otellərdə, eləcə də şəhər kənarındakı mənzildə yaşayıb.

Demedia.az xəbər verir ki, bu barədə “Yetkin Report” məlumat yayıb.

Bildirilib ki, söhbət fevral ayında İstanbuldan foto yayımlayan Şəmsiddin Fəriduni və Murodəli Rəçabalızodadan gedir. Birincisi fevralın 20-də Moskvadan Türkiyəyə gəlib, ertəsi gün Fatih bölgəsindəki otelə yerləşib, martın 2-də isə Rusiyaya gedib.

Rəçabəlizoda daha əvvəl, yanvarın 5-də İstanbula gəlib və eyni oteldə qeydiyyatdan keçib, lakin fevralın 21-də çıxıb. Eyni zamanda martın 2-də Şəmsiddinlə birlikdə Moskvaya uçub.

Bahadur Seyidov