Xəstəliyə yoluxma artır – Ölkələr təcili çağırış edir
Puerto-Rikoda artan dang xəstəliyinə yoluxma hallarına görə fövqəladə vəziyyət elan edilib.
Demedia.az xəbər verir ki, Puerto Riko Səhiyyə Nazirliyi ölkədə dang qızdırması hallarının artması ilə bağlı açıqlama verib.
Açıqlamada ilin əvvəlindən bu yana ölkədə ən azı 549 dang qızdırması hadisəsinin aşkarlandığı, əksəriyyətinin paytaxt San Juan şəhərində olduğu, 340-dan çox insanın isə xəstəxanada müalicə aldığı bildirilib.
Səhiyyə naziri Karlos Mellado mövzu ilə bağlı verdiyi açıqlamada bu il dang qızdırması hallarının rekord sayına çatdığını bildirib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tropik xəstəliklər bölməsinin direktoru Raman Velayudhan fevral ayında açıqlamışdı ki, 2023-cü ildə dünyada 5,5 milyondan çox dang qızdırması hadisəsi aşkar edilib və bu xəstəlikdən 5 min nəfər ölüb.
Bahadur Seyidov