Ana bətnində uşağın ürəyini yoxlatmaq vacibdir! - Video
Hamiləliyin 28-29-cu həftəsində belə halları aşkarlamaq mümkündür.
Feton-exokardioqrafiya deyilən müayinə növü var ki, həmin müayinə ilə ana bətnində olan dölün ürəyinin fetan-exokardioqrafiyası çıxarılır və ürək xəstəlikləri təyin edilir. Hər bir qadına hamilə qalmadan öncə Kardiovaskulyar panel (CVD paneli) analizini yoxlatdırmaq məsləhət görülür. Bəzən də ürək qüsurlarına səbəb olan genetik xəstəliklərin, məsələn, Daun sindromunun doğulmadan öncə diaqnozunu qoymaq mümkündür. Hamiləlik müddətində 16-22 –ci həftədən əldə edilən amnion mayedən yoxlanıla bilər.
Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az