Uşaqlarda öskürək| Bunları QƏTİ ETMƏYİN! - Video
Uşaqlarda öskürək böyüklərdən fərqlidir.
Beləki yeni anadan olmuş uşaqlar təxminən 6-7 aylığına qədər öskürəndə bəlğəmi tüpürə bilmirlər ona görə də uşaqlara bəlğəm gətiricilər verilməməli ya da çox az dozada verilməlidir ki, uşaqlara ziyanlıq verməsin. Yaxşı olar ki, belə uşaqlar daha mikrob öldürücü dərman bitkiləri və immunitet gücləndirici məhsullardan istifadə etsinlər.
Uşaqlar xəstələndikdə daha doğrusu pnevmoniya (sətəlcəm) olduqda çalışın uşağın sinə və kürəyini yarıbayarı qarışdırılmış zeytun və kamfora yağı ilə masaj edəsiniz tək kamfora yağından istifadə etdikdə uşağın dərisini yandırar.
Ən çox görülən öskürək növləri bunlardır:
-
“Qabıqlı” öskürək – adətən yuxarı tənəffüs yollarında şişkinlik nəticəsində yaranır.
-
Göy öskürək – bakteriyaların yaratdığı tənəffüs yollarının infeksiyasıdır.
-
Xırıltılı öskürək – Bu, astma və ya viral infeksiya bronxiolit ilə baş verə bilər.
-
Gecə öskürəyi – Uşağınızda soyuqdəymə olduqda, burun və sinuslardan gələn selik boğaza axıda bilər və yuxu zamanı öskürəyə səbəb ola bilər.
Demedia.az Pediatr Səidə Əhmədova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az