İsrail ordusu Livanın cənubuna hücum edib



 15:43 27.03.2024     236

İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumunda fəsadlar qeydə alınıb.

Demedia.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi “WAFA” məlumat verib. Məlumata görə, Livandakı Mülki Müdafiə Təşkilatının mənbələri, İsrailin döyüş təyyarələrinin Cəmaət əl-İslamiyə bağlı Livanın Təcili Yardım Dərnəyi Mərkəzinə hava hücumu təşkil etdiyini bildirib.

Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, hücumda təcili yardım qrupundan 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bahadur Seyidov