Fələstin tərəfdarları Baydenə etiraz etdi



 16:45 27.03.2024     282

ABŞ Prezidenti Co Bayden Qəzzaya daha çox humanitar yardım və səhiyyə xidmətlərinin çatdırılmasını tələb edən fələstinlilərin çağırışına dəstək verib.

Demedia.az xəbər verir ki Bayden bildirib ki, onların bunu tələb etməyə haqqı var. Seçki kampaniyası çərçivəsində Şimali Karolinaya gedən Bayden səhiyyə sistemi haqqında danışarkən onun sözü Fələstin tərəfdarı nümayişçilər tərəfindən kəsilib. Bayden səhiyyənin əhəmiyyətindən danışarkən bir etirazçı "Qəzzada səhiyyə necə olacaq?" deyə sual edib.

Bayden ona yönəlmiş bu reaksiyaya “Hər kəs sağlamlıq qayğısına layiqdir” deyərək cavab verib. Qəzzada xəstəxanaların bombalandığını bildirən nümayişçilər "soyqırım cinayətinə şəriksiniz" və "dərhal atəşkəs" kimi şüarlar səsləndiriblər.

Bahadur Seyidov