Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün peyk göndərib
Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib.
Demedia.az xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, “Yünhay-2 03” peykləri “Long Mart 6” raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Peyk Mərkəzindən orbitə buraxılıb. Məlumata görə, peyklər orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşib. Peyklərdən atmosfer və dəniz mühitinin müşahidələri və kosmik mühitin tədqiqi üçün istifadə ediləcək.
Qeyd edək ki, “Yünhay-2” peyklərinin birinci qrupu 2018-ci ildə kosmosa buraxılıb.
Bahadur Seyidov