Yanında siqaret çəkmək itinizin xərçəngə tutulma riskini artırır



 22:36 27.03.2024     743

Evdə itə baxıb eyni zamanda siqaret çəkirsinizsə, bu xəbərdən sonra daha diqqətli olmağa cəhd edə bilərsiniz.

Demedia.az xəbər verir ki, son araşdırmanın nəticələri göstərdi ki, siqaret tüstüsünə məruz qalan Şotlandiya Teriyerlərinin digər cinslərə nisbətən sidik kisəsi xərçənginə tutulma ehtimalı 6 dəfə çoxdur.

Araşdırmada 120 Scottish Terrier iti üç il ərzində müşahidə edilib. Bu cinsin seçilməsinin səbəbi odur ki, bu cinsdə sidik kisəsi xərçəngi digər cinslərə nisbətən 20 dəfə çox olur. Tədqiqatçılar it sahibləri arasında aparılan sorğuların nəticələrini və itlərin sidikdə nikotin metabolitlərini təhlil ediblər. Tədqiqat zamanı ümumilikdə 32 itdə sidik kisəsi xərçəngi yaranıb.

Tədqiqata qatılan itlər arasında siqaret çəkən evlərdə yaşayan Şotlandiya Teriyerlərinin nəzarət qrupu itlərinə nisbətən sidik kisəsi xərçənginə tutulma ehtimalının altı dəfə çox olduğu müəyyən edilmişdir. Sidik kisəsi xərçəngi diaqnozu qoyulan 32 itdən 7-nin tüstü çəkilən evlərdə yaşadığı müəyyən edilib.

Sidik analizində xərçəngli itlərin orta hesabla 10 il gündə bir paket siqaretə məruz qaldığı, xərçəngi olmayanların isə orta hesabla cəmi 1,5 il eyni miqdarda siqaretə məruz qaldığı ifadə edildi.

Araşdırmada aşkar edilən digər risk faktoru isə bataqlıq yaxınlığında yaşamaqdır. Bu ərazilər havanı çirkləndirən maddələr və pestisidlərlə zəngin görünür. Belə bir yerə yaxın yaşayan itlərin nəzarət qrupuna nisbətən sidik kisəsi xərçənginə tutulma ehtimalının 21,23 dəfə çox olduğu ifadə edilir. İrəli yaş və əvvəlki sidik yolu infeksiyaları da xərçəng riskini artırır.

Purdue Universitetinin baytar həkimi Deborah Knapp sahiblərini siqaret çəkən itlərlə bağlı xəbərdarlıq edir. Knapp siqaret çəkənlərə mümkünsə siqareti atmağı və ya evdən kənarda siqaret çəkməyi və ev heyvanlarına yaxınlaşmazdan əvvəl siqaret tüstüsü iyi verən paltarları dəyişməyi tövsiyə edir.

Aysun / Demedia.az