Evini təmizləyib çıxdı, qayıdanda elə mənzərə ilə qarşılaşdı ki...
Türkiyədə inanılmaz hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, Güngörendə riskli binanın sökülməsi zamanı bitişik mənzildə olan evin mətbəx divarı uçub.
Evə gələn ev sahibi Banu Cihangir şoka düşüb: "Görəndə şok olduq, nə edəcəyimizi bilmirdik. Evdən təmiz çıxıb gedirsən, amma qayıdanda tamam başqa bir şeylə qarşılaşırsan"
İddiaya görə; Özəl şirkət tərəfindən qazma maşını ilə aparılan söküntü zamanı sökülən binaya bitişik yaşayış binasının divarlarına ziyan dəyib. Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində olan evin mətbəx divarının bir hissəsi qazıcının müdaxiləsi ilə dağılıb. Söküntüdən sonra yaşayış binasının digər eyvan divarları da açıq qalıb. Baş verənləri görən ərazidə olan dükançılar ev sahibi Banu Cihangirə çataraq vəziyyəti ona çatdırıblar.
Aysun / Demedia.az