Bu ölkədə rusiyalı  diplomat “arzuolunmaz şəxs” elan edildi



 11:41 28.03.2024     354

Latviya Xarici İşlər Nazirliyi rusiyalı diplomatı persona non-qrata elan edib.

Demedia.az xəbər verir ki, bu barədə Latviya KİV məlumat yayıb.

Söhbət Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Oleq Zıkovdan gedir. Ona “diplomatik missiyanın uzun müddətdir apardığı qəbuledilməz və təxribat xarakterli ictimai ünsiyyətlə əlaqədar” etirazı bildirilib.

Qeyd edilib ki,  həmin diplomata aprelin 10-dək ölkəni tərk etmək əmri verilib.

Ötən həftə Sloveniya rusiyalı diplomatı persona non qrata elan edib. O, martın 28-dək ölkəni tərk etməlidir.

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın diplomatın ölkədən çıxarılmasına cavab verəcəyini bildirib.

Bahadur Seyidov