1 milyondan çox insan işsiz qalacaq - SƏBƏB



 13:01 28.03.2024     491

Son illərdə əhəmiyyətli texnoloji inkişaflarla yanaşı, süni intellekt sahəsində də ciddi irəliləyişlər əldə edilib.

Demedia.az xəbər verir ki, ancaq bu, özü ilə vacib bir problemi də gətirir. Növbəti illərdə özünü daha çox göstərəcək bu problem işsizlikdir. Çünki bu gün süni intellekt o qədər inkişaf edib ki, bəzi vəzifələrdə artıq işçi qüvvəsinə ehtiyac yoxdur. Nəhayət, bununla bağlı hesabat dərc olunub.

Böyük Britaniya işçi qüvvəsinin 11 faizi risk altındadır.

İctimai Siyasət Araşdırmaları İnstitutunun (IPPR) dərc etdiyi son hesabata görə, süni intellektin inkişafı Böyük Britaniya işçi qüvvəsinin əhəmiyyətli hissəsinə təsir göstərə bilər. Hesabatda bildirilir ki, ölkədəki işçi qüvvəsinin 11 faizi süni intellekt tərəfindən ələ keçirilə bilər. Bu o deməkdir ki, iqtisadiyyatda heç bir artım olmasa, 1,5 milyona yaxın insan işsiz qala bilər.

Hesabatda paylaşılan məlumata görə, süni intellektin yüksəlişindən ən çox təsirlənəcək vəzifələr arasında verilənlər bazası idarəçiliyi kimi sahələr önə çıxır. Bununla belə, orta və az maaş alan işçilərin işsiz qalma ehtimalının daha çox olduğu bildirilir.

İctimai Siyasət Araşdırmaları İnstitutu daha bir vacib məqama diqqət çəkir. Müvafiq olaraq, məhsuldar süni intellekt gələcək illərdə Böyük Britaniyanın işçi qüvvəsinə daha da inteqrasiya olunduğundan, o, işçi qüvvəsinin 59 faizini əvəz edə bilər. Bu, 7,9 milyon nəfərə bərabərdir.

Süni intellekt texnologiyalarının milyonlarla insanın işini itirməsinə səbəb olacağı deyilsə də, əslində yeni işçi qüvvəsi yaradır. Çünki xaricdəki bir çox proqram şirkəti ChatGPT kimi söhbət botlarından səmərəli istifadə edə bilən işçilər axtarır.

Bahadur Seyidov