Uşaqlarda varikosel - Müalicəsi necə aparılır? - Video
Yeniyetmələrdə varikosele görülmə sıxlığı 15% olmaqla birlikdə, böyümənin sürətləndiyi 13 yaşından sonra yaşla birlikdə varikosele görülmə ehtimalı da artır.
Sol varikosele halların 90%-də görülür və təxminən 10% ehtimalda ikitərəfli varikosel aşkar edilir. Varikoselenin sperma parametrlərinə, o cümlədən sıxlığa, hərəkətliliyə və morfologiyaya mənfi təsir göstərməsi və testis həcminin azalması ilə sonsuzluq problemlərinə səbəb ola biləcəyinə bilinir. Varikosele, testislərin damarların həddindən artıq genişlənməsi və damarların içərisində qan toplanmasına deyilir . Bu vəziyyətdə içərisində zəhərli artıq maddələri daşıyan qan testisə zərər verə bilər. Eyni zamanda yığılan qanın səbəb olduğu istilik artımı da xayalardakı funksiyanın pozulmasına səbəb ola bilər. Digər tərəfdən, testisdə qan dövranı pozula bilər və oksigenin azalması ilə işemiya ola bilər, bundan da testis toxuması zərər görə bilər.
Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az