Pis ayaq qoxusunun səbəbi - Video



 09:32 28.03.2024     455

Ayaqqabı içində yaranan qoxunun qarşısını almaq üçün xüsusi olaraq hazırlanan ayaqqabı dezodorantından istifadə edin.

Hər gün eyni ayaqqabı geyməməyə çalışın. Evə gələrkən ayaqlarınızı mütləq yuyun. Xüsusən dabanlarda toplanan ölü dərilər qoxunu artıra bilər. Bu ölü dəriləri müntəzəm olaraq təmizləyin. Mütləq pambıq corab geyinin və ya hava alan ayaqqabı modelləri alın. Ayaqlarınızı yuduqdan sonra barmaq araları da daxil olmaq üzrə hər yerini yaxşıca silin. Ayaqlarınızı yumağa vaxtınız yoxdursa, əllər üçün istehsal edilən gigiyenik mayelərdən (apteklərdə tapa bilərsiniz) istifadə etmək olar. Corablarınız gündəlik olaraq dəyişdirin. Ayaqqabılarınızı istifadə etmədiyiniz vaxtlarda içlərinə 7-8 ədəd mixək ata bilərsiniz.

Dermatoveneroloq Dr.Şövqü Salahov mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Dermatoveneroloq Dr.Şövqü Salahov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az