Qusmadan sonra nələr yemək olmaz? - Video



 09:59 28.03.2024     578

 

Qusduqdan sonra nə etmək lazımdır? Nələr yemək olmaz?

Hər bir insan istənilən anda qusma problemi ilə üz-üzə qala bilər. Qoxu da, stress də keçib gedir, gərginlik azalır, amma mədənin funksiyasını normala qaytarmaq üçün mütləq hansısa addım atılmalıdır. Qusma prosesi bəzən elə yerdə, elə zamanda baş verər ki, əliniz həkimə çatmır. Bu zaman nə etmək lazımdır? Videoda sualın cavabını tapacaqsınız… Vurğulayım ki, tövsiyə edilən üsullar mütəxəssislərin ortaq qənaətidir. Öncə, qusmanın səbəblərindən danışaq. Həyatın nizamını pozmursa, müntəzəm şəkildə baş vermirsə qusma əndişə səbəbinə çevrilməməlidir. Qusduqdan sonra təmiz hava almaq, bir az uzanmaq, dərin-dərin nəfəs almaq insanın özünü nisbətən rahat hiss etməsinə gətirib çıxarır. İlıq duş almaq da yaxşıdır. Amma bütün bunları o zaman ürəklə etmək şansı olar ki, qusmanın səbəbini biləsiniz. Qusmanın səbəbləri: Mədə soyuqlaması; Qida zəhərlənməsi; Mədə xorası; Hamiləlik; Kəsməyən baş ağrısı, miqren tutmaları;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az