Həftənin qolu...



 09:01 28.03.2024     276

Vaxtilə Türkiyədə "Fənərbaxça" və "Hatayspor"da, hazırda isə "Qarabağ"da çıxış edən Yassine Benzia Əlcəzair - Cənubi Afrika milliləri arasında keçirilən yoldaşlıq oyununda möhtəşəm qola imza atıb. Stade de Nelson Mandelada keçirilən görüş qol duelinə şahidlik edib.

Demedia.az  xəbər verir ki,6 qolun vurulduğu və 3-3 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmada qalib müəyyənləşməyib.

Bu qarşılaşmanın ən çox danışılan adı karyerasını Azərbaycanın "Qarabağ" komandasında davam etdirən "Fənərbaxça"nın sabiq futbolçusu Benzia olub.

Uğurlu futbolçunun vurduğu ikinci qol sosial mediada iz buraxıb. Mounsef Bakrarın ötürməsi ilə cərimə meydançasında topu qəbul edən Benzia son zərbəni əla etdi. Əlcəzairli ad əvvəlcə topa nəzarət edib, daha sonra akrobatik vuruş həyata keçirib. Bu qol çox yüksək qiymətləndirildi.

Aysun / Demedia.az