Türk əsilli 4 nəfərin öldüyü hadisənin detalları açıqlandı
Almaniyanın Solingen şəhərində 4 mərtəbəli binada baş verən və eyni ailədən türk əsilli Bolqarıstan vətəndaşı olan 4 nəfərin həyatını itirdiyi yanğınla bağlı prokurorluq tərəfindən hazırlanan ilkin hesabat açıqlanıb.
Demedia.az xəbər verir ki, ekspertiza rəyinə görə, martın 24-dən 25-nə keçən gecə baş verən yanğın köhnə tikilinin pilləkən qəfəsindən başlayıb.
Baca təsirindən yanğın 5 dəqiqə ərzində dam örtüyünə keçib. Taxta pilləkən qəfəsində bəzi qalıqların tapıldığı bildirilib və bu dəlillərə əsasən yanğının qəsdən yandırma nəticəsində baş verdiyi qənaətinə gəlinib.
Aysun / Demedia.az