Yol çökdü, faciədən son anda xilas oldular



 23:48 28.03.2024     523

Türkiyədə Maltepedə riskli olduğu səbəbiylə tədbir görülən yol çöküb.

Demedia.az xəbər verir ki, Hadisə zamanı ölən və yaralanan olmasa da, gecəqondularda dağıntılar baş verib.

Hadisə Maltepe Gülensu səmtinin Qazi küçəsində baş verib. Bir müddət əvvəl çökmə riskinə qarşı tədbir alınaraq bağlanan yol dünən axşam saatlarında sürüşərək 2 gecəqondu damına çökdü. Hadisə zamanı ölən və yaralanan olmasa da, gecəqondularda dağıntılar baş verib.

Bələdiyyə tərəfindən ehtiyat tədbiri olaraq möhürlənmiş gecəqondularda heç kimin olmaması mümkün fəlakətin qarşısını alıb. Gecəqonduların damlarına çökən yol havadan görünüb. Bələdiyyə qrupları çökmənin meydana gəldiyi yolda tədbir görərək yolu vasitə trafikinə bağlayıb.

Aysun / Demedia.az