Kağız, salfet almaqdan imtina edən gənc qıza görün nə etdilər



 23:09 28.03.2024     710

Diyarbəkirdə bir qrup qız onlardan salfet almaq istəməyən gənc qızı döyüb.

Demedia.az xəbər verir ki, hadisə Diyarbəkir-Şanlıurfa avtomobil yolunda yerləşən ticarət mərkəzinin qarşısında baş verib. Qızlar rəfiqəsi ilə ticarət mərkəzindən çıxan gənc qıza yaxınlaşaraq əllərindəki salfetləri satmaq istəyiblər.

Lakin qızların bütün təkidlərinə baxmayaraq, gənc qız salfet almaqdan imtina edib. Bu arada iki qrup arasında mübahisə düşüb. Qızlardan biri gənc qızın saçından yolaraq onu yerə yıxıb. Qrup gənc qızı yerdə təpikləyib. Ətrafdakı insanların müdaxiləsi ilə xilas edilən gənc qız rəfiqəsi ilə birlikdə ərazidən uzaqlaşıb.

Dava mobil telefonun kamerasına düşüb.

Aysun / Demedia.az