Oğlunun dava etdiyi uşağa görün nə etdi - VİDEO
Türkiyədə Kağıthanedə bölgəsində övladının küçədə oynayarkən başqa uşaqla dava etdiyini görən qadın uşağı şişlə hədələyib.
Demedia.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Kağıthane Nurtəpə səmtindəki parkda baş verib.
İddialara görə, parkda top oynayan iki uşaq mübahisə edib. Uşaqlardan biri vəziyyəti anasına çatdırıb. Bunun üzərinə qadın oğlu dava edən uşağın yanına gələrək əlindəki şişlə kiçik uşağa hücum etmək istəyib. Qəzəbli qadın “beynini partladacağam” sözləri ilə uşağa doğru addımlarkən, digər uşaqlar da qorxulu gözlərlə hadisələri izləyiblər.
Daha sonra hadisə yerinə hücuma məruz qaldığı iddia edilən uşaqların ailəsi də gəlib. Bunun üzərinə iki ailə arasında mübahisə yaranıb və özündən çıxan qadının bıçaqla uşağın ailəsinə hücum etdiyi iddia edilib. Hadisədən sonra uşağın ailəsinin polisə gedərək şikayət etdiyi öyrənilib. Hadisələr bir uşağın mobil telefon kamerası tərəfindən lentə alınıb.
Aysun / Demedia.az