ABŞ bu qrup barəsində məlumat verənə 10 milyon vəd etdi



 21:52 28.03.2024     270

ABŞ Dövlət Departamenti “The ALPHV BlackCat” qrupu haqqında məlumat verənlərə 10 milyon dollar mükafat verəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, buna səbəb qrupun bir çox xəstəxanaların sağlamlıq ödənişlərinə nəzarət edən “UnitedHealt” qrupuna bağlı “Change Healthcare” təşkilatını sındırmasıdır. Açıqlamada, “BlackCat”ın ABŞ-da və dünyada bir çox kritik infrastruktur sektorlarının kompüter şəbəkələrini təhlükəyə atdığı qeyd edilib. Bəyanatda RFJ proqramının xarici hökumətlərin təlimat və ya nəzarəti altında hakerləri hədəf aldığı qeyd edilib.

Bahadur Seyidov