İsrail ordusu 25 fələstinlini saxlayıb



 21:56 28.03.2024     243

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 25 fələstinlini saxlayıb.

Demedia.az xəbər verir ki, Fələstin qurumlarının məlumatına görə, İsrail qüvvələri İordan çayının qərb sahilində basqınlarını davam etdirib. İsrail qüvvələrinin həyata keçirdiyi basqınlarda 25 fələstinlini nəzarətə götürdüyü, beləliklə irimiqyaslı hərbi əməliyyatların başalamasından etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 7 min 845-ə yüksəldiyi bildirilib.

Bahadur Seyidov