BMT Qəzzaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb
Birləşmiş Millətlər Təşkilatı İsrailin hücumları səbəbiylə aclığa düçar olan Qəzza zolağına humanitar yardımların girişinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb.
Demedia.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Təşkilatının X sosial media hesabında paylaşılıb. Açıqlamada İsrailin hücumları səbəbiylə aclıq təhlükəsi ilə üzləşən Qəzzada humanitar vəziyyətlə bağlı fikirlər qeyd edilib. Paylaşımda qida karvanlarının Qəzzanın şimalına çatmasının bir daha qarşısı alındığı vurğulanıb.Yazıda həmçinin BMT-nin Avropa və Mərkəzi Asiya üzrə Regional Kommunikasiyalar üzrə məsul şəxsi Conatan Fowlerin Qəzzanın şimalındakı humanitar vəziyyətlə bağlı bəyanatı da yer alıb. O, ərzaq ehtiyatlarının təcili olaraq bölgəyə daxil olmasının vacibliyini vurğulayıb.
Bahadur Seyidov