Papa məhbusların ayağını yudu



 09:40 29.03.2024     276

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində 12 qadın məhbusun ayağını yuyub.

Demedia.az xəbər verir ki, Papanın ayaqlarını yuduğu məhbusların italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, peru və bosniya-herseqovinalıdır.

Əvvəlki papalardan fərqli olaraq Papa Fransisk keşişlərin yerinə ehtiyacı olanların və ya məhbusların ayaqlarını yumağa üstünlük verir.

Digər tərəfdən, martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall" konsert salonunda silahlı şəxslər tərəfindən həyata keçirilən və 143 nəfərin öldüyü terror hücumundan sonra İtaliya təhlükəsizlik qüvvələri ölkədə təhlükəsizlik tədbirlərini artırıb. Pasxa xidmətləri səbəbiylə Romaya Papa rəhbərlik edəcək.

Bahadur Seyidov