Teleqram bu ölkələrdə mesajları məhdudlaşdırır



 09:14 29.03.2024     289

Gələn həftədən Rusiya, Ukrayna və Belarusdan olan bütün “Telegram” istifadəçiləri onlara mesaj göndərənlərin dairəsini məhdudlaşdıra biləcəklər.

Demedia.az xəbər verir ki, bu barədə teleqramın yaradıcısı Pavel Durov məlumat  yayıb.

O bildirib ki,   gün əvvəl rusdilli “Telegram” istifadəçiləri yad şəxslərin terror aktlarına çağıran mesajlarından şikayət etməyə başlayıblar. Son günlər Teleqram terror hücumlarına çağıran on minlərlə mesaj göndərmək cəhdini dayandırıb və minlərlə göndəricini bloklayıb.

Bahadur Seyidov