Qəzzada limanla bağlı işlər planlaşdırıldığı kimi davam edir - ABŞ



 11:15 29.03.2024     323

ABŞ-ın Müdafiə Nazirliyi Qəzzaya humanitar yardımın çatdırılması üçün qurulacaq müvəqqəti limanla bağlı işlərin planlaşdırıldığı kimi davam etdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder mətbuat konfransında bu barədə danışıb. O limanla bağlı işlərin yarısının tamamlandığını açıqlayıb. Jurnalistlərin müvəqqəti liman qurulduqdan sonra humanitar yardımı hansı qeyri-hökumət təşkilatlarının paylayacağı ilə bağlı sualına Ryder, məsələ ilə bağlı prosesin ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirildiyinə diqqət çəkib. "Əgər sizə real, qəti məlumat verdiyimizə əmin olmaq istəyirsinizsə, əməliyyat məxfiliyini qorumalı olan məqamların olduğunu nəzərə almalısınız. Bu, yük maşınları yardımla enməyə başlayanda aydın olacaq", - Rayder bildirib.

Bahadur Seyidov