Belçikadan İsrailə çağırış



 11:45 29.03.2024     353

Belçikanın İnkişaf Əməkdaşlıq Naziri Caroline Gennez İsraili Qəzzada dinc əhali və uşaqları aclıqdan öldürmək siyasətindən əl çəkməyə çağırıb.

Demedia.az xəbər verir ki, Caroline Gennez Belçika hökumətinin Fələstin dövlətinin tanınması məsələsini müzakirə edəcəyini açıqlayıb. O bildirib ki, İsrail Qəzzaya kifayət qədər humanitar yardımın daxil olmasına icazə verməlidir. Cənubi Afrikanın müraciəti ilə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım iddiasına diqqət çəkən Gennez bildirib ki, İsrail Qəzzada aclıqdan müharibə silahı kimi istifadə edir.

Bahadur Seyidov