İsrailin Dəməşq yaxınlığındakı binaya hava hücumu təşkil etdiyi açıqlanıb



 11:04 29.03.2024     247

İsrailin Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı binaya hava hücumu təşkil etdiyi iddia edilib.

Demedia.az xəbər verir ki, Suriyanın xəbər agentliyi SANA-nın hərbi mənbələrə istinadən verdiyi xəbərdə Dəməşq ətrafında bir binanın İsrail qüvvələrinin hava hücumuna məruz qaldığı qeyd edilib. Məlumatda "Havadan müdafiə sistemlərimiz Qolan təpələrindən gələn düşmən raketlərinin əksəriyyətini vurub. Hücum zamanı 2 mülki vətəndaş yaralanıb. Maddi ziyan dəyib" deyə bildirilib.

İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.

Bahadur Seyidov