Çin və Hindistan mübahisəli sərhəd bölgələrindəki gərginliyi həll etmək üçün danışıqlar aparıb
Çin və Hindistan Himalaydakı mübahisəli sərhəd bölgələrindəki gərginliyi həll etmək üçün danışıqların yeni raundlarını keçirib.
Demedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi sərhəd mübahisələrini həll etmək üçün təşkil edilən 29-cu iclasın paytaxt Pekində keçirildiyini açıqlayıb. Açıqlamada bildirilib ki, iki ölkənin xarici işlər, müdafiə, miqrasiya və digər nazirliklərinin rəsmilərinin iştirak etdiyi görüşdə hər iki tərəfin razılaşacağı planın tezliklə hazırlanmasına dair razılıq əldə olunub. Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, iclasda qərb sektorunda qalan problemlərin həlli və qarşılıqlı geri çəkilmənin başa çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
İki ölkənin bəyanatlarında tərəflərin sərhəd bölgəsində sülh və əmin-amanlığın qorunması üçün diplomatik və hərbi kanallar vasitəsilə müntəzəm əlaqə saxlamağın vacibliyi qeyd edilib.
Bahadur Seyidov