Dalaq kistası - Hansı halda əməliyyat vacibdir - Video
Əməliyyatdan əvvəl bəzi qan tədqiqləri, ağciyər rentgeni və s. tədqiqatlar lazım gələ bilər.
Peyvəndlər: Dalağın çıxarılmasından sonra immunitet sistemində zəifləmə olacağı üçün bəzi bakteriya infeksiyalarından qorunmaq məqsədi ilə əməliyyatdan iki həftə qədər əvvəl bəzi peyvəndlər lazım ola bilər. Bəzi xəstələrə qan və ya trombosit kimi qan məhsulları verilməsi lazımdır. Bəzi cərrahlar əməliyyatdan əvvəl bağırsaq təmizliyi aparılmasını tələb edə bilərlər. Əməliyyatdan bir gecə əvvəl və ya əməliyyatın səhəri duş qəbul etmək faydalıdır. Səhər saatlarında əməliyyat olacaq xəstələrdə, əməliyyatdan bir gün əvvəlki gecə yarısından etibarən qida və maye qəbulu dayandırılmalıdır. Qan durulaşdırıcı dərmanların (Aspirin, Coraspin, Ecoprin, Dispril, Coumadin, Heparin, Plavix, Pradaxa və s). əməliyyatdan 7-10 gün əvvəl dayandırılması faydalıdır.
Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az