"Fənərbaxça" ulduz futbolçu ilə yollarını ayırır



 14:14 29.03.2024     233

Super Liqa nəhəngi "Fənərbaxça" bu mövsüm istədiyi performansı əldə edə bilməyən Miha Zajc ilə görüş keçirib və ondan yayda özünə klub tapmasını istəyib.

Demedia.az  xəbər verir ki,Sarı-göylü komandanın yeni müqavilə imzaladığı Miha Zayc Mövsümün əvvəlində 3 illik müqaviləsi gözlənildiyi kimi çıxış edə bilmədiyi üçün klubdan ayrılmağa qərar verdi. Bu vəziyyətdən sonra "Fənərbağça" rəhbərliyi Zaycın meneceri ilə görüş keçirib və futbolçudan yay aylarında özünə klub tapmasını istəyib.

Zayc bu mövsüm "Fənərbağça"nın heyətində cəmi 16 matçda meydana çıxıb və cəmi 2 qol vurub. Futbolçunun sarı-göylü klubla müqaviləsi 2026-cı ilə qədər davam edir. 29 yaşlı futbolçunun hazırda bazar dəyəri 3 milyon avrodur.

Aysun / Demedia.az