Bu ölkədə 5,7 bal gücündə zəlzələ baş verdi
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Zəlzələ ilə bağlı mənfi açıqlama verilməyib.
Demedia.az xəbər verir ki,yerli vaxtla saat 09.12-də Peloponnes yarımadasının qərbində qeydə alınan zəlzələnin Afina Geodinamika İnstitutu tərəfindən 5,8 bal gücündə qeydə alındığı bildirilib.
Zəlzələdən sonra 2,9 və 2,1 bal gücündə təkanlar baş verib.Yerin 18 kilometr dərinliyində baş verən zəlzələ ilə bağlı tələfat və dağıntı yoxdur.
Aysun / Demedia.az