Arda Gülərin yeni komandası...



 16:00 29.03.2024     184

Mövsümün əvvəlində "Fənərbaxça"dan "Real Madrid"ə transfer olunan Arda Gülərlə bağlı yeni xəbərlər yayılıb.

Demedia.az  xəbər verir ki, Almaniyanın "Bavariya" komandası Arda üçün hərəkətə keçib. Xəbərdə alman nəhənginin gənc ulduz axtarışında olduğu və bu adlardan birinin də Arda Gülər ​​olduğu bildirilib.

"Bavariya"nın rəsmilərinin "Real Madrid"in prezidenti Florentino Pereslə yaxşı münasibətdə olduğu və alman rəsmilərin Arda Gülər ​​üçün sürpriz təklif edə biləcəyi iddia edilib.

Mövsümün əvvəlində "Fənərbaxça"dan "Real"a transfer olunan gənc ulduz İspaniya nəhəngi ilə 7 matçda forma geyinib. Bu görüşlərdə 1 qol vurub.

Aysun / Demedia.az