Papa Fransisk 12 qadın məhbusun ayaqlarını yudu və öpdü
Papa Fransisk Romadakı həbsxanaya baş çəkib, 12 qadın məhbusun ayaqlarını yuyub və sonra onları öpüb.
Demedia.az xəbər verir ki, Papanın mərasimi ilk dəfə əlil arabasında keçirməsi diqqətdən qaçmayıb.
Xristianlıqda Pasxadan əvvəlki cümə axşamı müqəddəs cümə axşamı kimi qeyd olunur. Ayaqların yuyulması mərasimi hər Müqəddəs Həftənin bir xüsusiyyətidir və İsanın çarmıxa çəkilməmişdən əvvəl birlikdə yedikləri sonuncu şam yeməyində 12 həvarisinin ayaqlarını yumasını xatırladır.
87 yaşlı Frensis son xəstəliklərdən sonra əlil arabasından bu ritualı yerinə yetirib.
Aysun / Demedia.az