Yol vermədi, mübahisə düşdü, sonra isə... - VİDEO
Türkiyədə Esenyurtda yol tıxanma probleminə görə dostunun mübahisə etdiyini görən şəxs qaçaraq tərəflərdən birinə kəllə vurub.
Demedia.az xəbər verir ki, başqa bir kişi yumruqla müdaxilə edəndə xaos yaranıb. Həmin anlar kameraya düşüb.
Hadisə ötən gün Esenyurt Hürriyet Məhəlləsində baş verib. İddialara görə, yol vermək üstündə mübahisə edən sürücülər arasında mübahisə düşüb. Qısa müddətdə ətrafdakı vətəndaşlar toplaşaraq sürücüləri ayırmağa çalışıb. Həmin gərginlik anlarında bir nəfər dostunun mübahisə etdiyi kişinin yanına qaçaraq başını vurub. Bir neçə saniyə sonra digər sürücünün dostu yumruqla cavab verdikdə xaos yaranıb. Həmin anlar vətəndaşın mobil telefonunun kamerasına saniyə saniyə əks olunub.
Aysun / Demedia.az