Gözlənilməz qəza: Qaz pedalı əvəzinə... - VİDEO



 23:48 29.03.2024     655

Bursada motosikletdə dostu ilə söhbət edən vətəndaş əlini qaz pedalında unudub və mağazaya girib.

Demedia.az xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerasına əks olunub.

Hadisə mərkəzin Yıldırım rayonunun Millət məhəlləsində baş verib. Əldə edilən məlumata görə, yolda dostunu görən motosikletçi dostunun yanında dayanaraq söhbət etməyə başlayıb. Bir müddət sonra motosikletin işlədiyini unudub, qaz pedalına toxunan sürücü motosikleti ilə mağazanın qapısından içəri düşüb. Maraqlı qəzada xəsarət alan olmasa da, qəza iş yerindəki təhlükəsizlik kamerasına saniyə saniyə əks olunub.

Aysun / Demedia.az