Statik elektrik nədir? - Video



 09:39 01.04.2024     479

Statik elektrik-obyektdə toplanmış elektrik yükü; yük daşıyıcıları hərəkət etmədiyindən statik adlandırılır.

Statik yüklər 1000 V və ya daha yüksək səviyyəyə çata bilər, ancaq bu, insan üçün təhlükəsizdir, çünki bu halda cərəyan çox da böyük olmur. (Canlı toxumaların zədələnməsinə yalnız gərginlik deyil, cərəyan və gərginliyin kombinasiyası səbəb olur.) Fəqət elektron sxemlərdən keçən statik elektrikin boşalması tez-tez onları sıradan çıxardır, çünki inteqral sxemlərin əksəriyyəti statik yüklərin yaratdığı gərginlikdən əhəmiyyətli dərəcədə aşağı gərginlik üçün nəzərdə tutulub.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az