Səhv bilirmişik! Uşaqlara niyə çay vermək olmaz? - Video



 09:43 01.04.2024     399

Körpə orqanizmi çox zərif və həssas bir strukturdur. Onun həyatının ilk 3 ilində qəbul etdiyi qidalar gələcək sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir.

Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqlarını düzgün qidalandırsınlar. 1aydan 4 ayadək Dünyaya gəldikdən sonra ilk vaxtlar körpə günün çox hissəsini yatır, ayılanda isə qidalanır. Uşaqların həyatlarında ən sürətlə böyüdüyü period məhz budur – boyu 3 sm, çəkisi isə 600 qr! Bununla yanaşı, körpə aktiv inkişaf edir və yeni bacarıqlara yiyələnir. Asrtıq 3-cü həftədə o, nəzərini hərəkətsiz əşya üzərində saxlamağı öyrənir, eləcədə qarnı üstə uzandıqda başını döndərməyə, qaldırmağa və bir neçə saniyə saxlamğa cəhd göstərir. Bu dövrdə uşağınıza lazım olan qida – ana südüdür. O, uşağı yaxşı qidalandırır, həmçinin, müxtəlif xəstəliklərdən qoruyur. 4 aydan 6 ayadək Artıq körpə bir qədər böyüyüb. O, ətrafını daha aktiv müşahidə edir və hətta eşitdiyi səsləri imitasiya etməyi öyrənir, sadə səslərdən daha mürəkkəb səslərə keçməyə başlayır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az