Qar əridi, evlər su altında qaldı
Qazaxıstanda yazın gəlişi ilə əriyən qar Aktobe və Kostanay şəhərlərində daşqınlara səbəb olub.
Demedia.az xəbər verir ki, minlərlə insan helikopter və qayıqlarla təxliyə edilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, seldən ən çox zərər çəkən Aktobe və Kostanay şəhərlərində çayların daşması nəticəsində bəzi yaşayış məntəqələri su altında qalıb.
Evlərini tərk etməli olan minlərlə sakin hərbi helikopterlər və sürətli qayıqlarla təhlükəsiz yerlərə köçürülüb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada daşqının nəticələrinin aradan qaldırılması üçün işlərin davam etdiyi bildirilib və martın 21-dən Aktobeyə ən azı 500 min kubmetr suyun vurulduğu qeyd edilib. 50 mindən çox qum torbası qoyulmuşdu.
Bahadur Seyidov