“iPhone 16 Pro” çox sərt olacaq - Apple-dan yeni iş



 12:52 01.04.2024     239

“Apple” şirkəti  “iPhone 16” ailəsi üçün işlərini sürətləndirib

Demedia.az xəbər verir ki, ilk dəfə “iPhone 15 Pro” və “Pro Max”da istifadə etdiyi titan örtüyü daha da davamlı etmək istəyir. Müvafiq olaraq, şirkətin yeni istehsal prosesi hazırladığı bildirilib.

“Apple”ın “iPhone 16 Pro” modelləri üçün istifadə olunacaq titan örtük və rəngləmə prosesini tamamladığı bildirilib. Mənbələr, “Apple”ın “iPhone 16 Pro” və “Pro Ma”-da 5-ci dərəcəli titan örtükdən istifadə edəcəyini açıqlayıb.

Bahadur Seyidov