Maliyyə dünyasının ən zəngin insanları
Maliyyə dünyasının ən zəngin adamların adları açıqlanıb.
Demedia.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Bildirilib ki, siyahıya əsasən, 2024-cü ildə maliyyə sektorunun ən zəngin 10 adamının ümumi xalis sərvəti 446,9 milyard dollara çatıb. Siyahının başında 93 yaşlı Uorren Baffet qərarlaşıb. Berkshire Hathaway-in sədri və baş direktorunun xalis sərvəti 128,7 milyard dollar olaraq açıqlanıb.
Maliyyə dünyasının ən varlı adamı olan Baffet dünyanın 6-cı ən zəngin adamı kimi də önə çıxır. İkinci yerdə 96,3 milyard dollarla Bloomberg LP-nin yaradıcısı Maykl Blumberq qərarlaşıb.
60 milyard dollarla üçüncü yeri tutan Ken Qriffin Mayamidə yerləşən hedcinq fondu olan “Citadel” şirkətini qurub və idarə edir.
Dördüncü yerdə 36,8 milyard dollarla Blackstone Group-un sədri və baş icraçı direktoru Stiven Şvarsmandır.
Siyahıda amerikalı olmayan yeganə şəxs İndoneziyanın ən zəngin adamlarından biri olan Robert Budi Hartono olub. 25,8 milyard dollarla 9-cu yerdə qərarlaşan Hartono dünyanın ən böyük Djarum və ölkənin ən böyük banklarından biri olan Bank Central Asia-nın sahibidir.
Siyahıdakı yeganə qadın Abigail Johnson idi. Fidelity Investments-in prezidenti və baş direktoru olan Conson 2014-cü ildə baş direktor vəzifəsini atasından götürüb.
Bahadur Seyidov