Saxta vəsiqə ilə 5 milyonluq sahəni satmaq istədi - ŞOK HADİSƏ



 23:09 01.04.2024     724

Türkiyədə Yalovada başqasına məxsus 5 milyon TL-lik tarlasını saxta vəsiqə ilə satmaq istəyən şəxs yaxalanıb.

Demedia.az xəbər verir ki, o, “dələduzluq” və “rəsmi sənədləri saxtalaşdırma” maddələri ilə həbs edilib.

Elmalıq kəndində 7 sot tarlası olan E.H.-nın torpaq müfəttişliyindən “satış təyinatı” mesajı aldıqdan sonra polisə gedərək şikayət edib. İl Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) Şöbə Müdirliyi qrupları, tarla sahibinin xəbəri olmadan satış təyinatı edildiyini təyin etdi.H.K.-nın torpaq sahibinin adına saxta şəxsiyyətlə bank hesabı açdığı müəyyən edilib və torpağı alan şəxs bu hesaba 2 milyon TL köçürüb. Martın 28-də qeydiyyat şöbəsinə gedən qruplar, görüş vaxtı saat 14:00-da yerdə qalan 3 milyon TL-ni almağa gələn H.K.-nı yaxalayıb. Əməliyyatlardan sonra o, “fırıldaqçılıq” və “rəsmi sənədləri saxtalaşdırma” maddələri ilə həbs edilib.

Aysun / Demedia.az