Dəhşətli HADİSƏ: Yol gedərkən yandı



 23:48 01.04.2024     639

Samsunda hər gün minlərlə avtomobilin keçdiyi yolda bir pikap alovlanıb. Həmin anlar anbaan lentə alınıb.

Demedia.az xəbər verir ki, hadisə İlkadım rayonunda, Atatürk Bulvarında, Cümhuriyyət Meydanı tramvay stansiyasında baş verib.

Terme rayonundan 55 KD 939 nömrə nişanlı “Ford tranzit” markalı yük maşını ilə mebel yığmaq üçün Atakum rayonuna gedən Mustafa Uslu başqa bir sürücünün tıxacda ona xəbərdarlıq etməsi ilə yük maşınının yandığını görüb. Naməlum səbəbdən baş verən yanğın zamanı özünü yük maşınından aşağı atan Mustafa Uslu vəziyyəti 112-yə xəbər verib. Bu arada, yük maşını yolun ortasında yanarkən, digər sürücülər də tıxacdan keçərək laqeyd qalıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüb. Yanan yük maşını yararsız hala düşüb.

Polis yanğınla bağlı araşdırmalara başlayıb.

Aysun / Demedia.az