İsrail 170 hektar Fələstin torpağını "dövlət torpağı" elan edərək ələ keçirib



 22:42 01.04.2024     280

İsrail işğal altındakı İordan çayının qərb sahilindəki 170 hektar Fələstin torpağını "dövlət torpağı" elan edərək ələ keçirib.

Demedia.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat verib. Bildirilib ki,  İsrailin maliyyə naziri Bezalel Smotrich işğal altındakı İordan çayının qərb sahilindəki 170 hektar Fələstin torpağının “dövlət torpağı” olduğunu iddia edib.

Bahadur Seyidov