Qəzza zolağında İsrail ordusunun iki qrupu pusquya salındı



 22:44 01.04.2024     237

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində İsrail ordusunun iki qrupunu pusquya saldıqlarını açıqlayıb.

Demedia.az xəbər verir ki, Qəssam Briqadalarının Telegram səhifəsindəkiaçıqlamaya görə, Xan Yunus şəhərində İsrail ordusunun şəxsi avtomobili Yasin 105 raketi ilə hədəfə alınıb. Açıqlamada 7 əsgərdən ibarət İsrail piyada qrupunun Xan Yunus şəhərinin mərkəzi hissələrində pusquya salındığı, sözügedən əsgərləri xilas etməyə gələn digər qrupun da pusquya salındığı vurğulanıb.Açıqlamada dəstək üçün gələn İsrail əsgərlərinin qarşıdurmada öldüyü və yaralandığı bildirilib.

Bahadur Seyidov