Yunanıstanda temperatur rekordu qırılıb



 23:19 01.04.2024     238

Yunanıstanda martın son 4 günündə temperatur rekordu qırılıb.

Demedia.az xəbər verir ki, Yunanıstan Meteorologiya İdarəsinin məlumatına görə, martın 28-31-də ölkənin bir çox bölgəsində havanın temperaturu mövsüm normalarından yüksək olub. Mart ayında temperatur rekord həddə çataraq 30 dərəcəyə yaxınlaşıb. Ən yüksək temperatur martın 31-də Livadiya şəhərində 29,8 dərəcə olub.

Məlumata görə, Afrika üzərindən gələn isti dalğasının gətirdiyi hava ölkənin bir çox bölgəsinə təsir edib.

Bahadur Seyidov